Apr 26, 2021 15:13 Asia/Baku
  • Amerikalıların 82 faizi ölkələrinin təfriqəyə uğradığı və bir nəçə dəstəyə bölündüyünə inanırlar

Yeni bir rəy sorğusunun nəticələri göstərir ki, amerikalıların əksəriyyəti irqi və siyasi gərginliklərin artması fonunda ölkələrinin təfriqəyə uğradığına və bir nəçə dəstəyə bölündüyünə inanırlar.

SəhərAzəri xəbər verir ki, Təsnim xəbər agentliyinin məlumatına görə, "NBC NEWS"un apardığı ən son rəy sorğusunun nəticələri göstərir ki, ABŞ vətəndaşlarının 82 faizi Birləşmiş ştatların təfriqə və parçalanma ilə üzləşdiyi qənaətindədir.

Məlumata əsasən, rəy sorğusunda iştirak edənlərin 30 faizi deyiblər ki, hazırda bu ölkənin ən mühüm məsələsi koronavirusun yayılmasıdır.

Respondentlərin fikrincə ikinci ən vacib məsələ ölkənin birləşdirilməsidir və 23 faiz də hazırkı şəraitdə irqi münasibətlərin ABŞ-ın ən vacib məsələsi olduğunu söyləyiblər.

Co Baydenin prezidentliyindən 100 gün keçməsinə baxmayaraq, amerikalı seçicilər onun fəaliyyəti ilə bağlı baxışlarını dəyişiblər.

Əksər amerikalılar, Baydenin koronavirusla mübarizə siyasəti, həmçinin ölkəni birləşdirmək səylərindən məmnun olduqlarını bildiriblər.

Bu elə bir haldadır ki, amerikalıların təkcə 49 faizi Baydenin irqi münasibətlərin həllindəki fəaliyyətini bəyənirlər.

Respondentlərin 33 faizdən azı prezidentin miqrasiya böhranı və sərhədlərin təhlükəsizliyi ilə bağlı fəaliyyəti haqqında müsbət fikir bildirib.

Amerikalıların təkcə 34 faizi Baydenin silahlı zorakılıqla mübarizəsindən razıdırlar.

Amerikalıların 35 faizi Baydenin Çin qarşısındakı strategiyasını bəyənir.

Bundan əvvəl respublikaçı senator Lindsey Graham Baydenin, prezidentliyi dövrünün 100 günlüyü ilə əlaqədar Konqresdəki çıxışı ərəfəsində onun müxtəlif daxili məsələlər və xarici siyasətdəki fəaliyyətini tənqid etmişdi.

Teqlər