Lavrov: “ABŞ gərginliyi artırmağa davam edərsə, yeni tədbirlər görməyə hazırıq”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Vaşinqtonun gərginliyi artırmağa davam edəcəyi təqdirdə Moskvanın yeni tədbirlər görməyə hazır olduğunu söyləyib.
SəhərAzəri xəbər verir ki, "Rossiya 1" televiziyasında yayımlanan proqramın qonağı olan Lavrov, Rusiya ilə ABŞ arasındakı son prosesləri qiymətləndirib:
"Amerikalıların son düşməncəsinə addımlarına cavabımızda hər şey söylənildi. Gördüyümüz bütün tədbirləri izah etdik və gərginliyi artırmağa davam edərlərsə, yenilərini almağa hazırıq".
Bu arada Lavrov, ABŞ-ın prezidenti Cozef Bayden tərəfindən Rusiyanın prezidenti Vladimir Putinə edilən görüş təklifinin müsbət qarşılandığını və bu ehtimal üzərində iş aparıldığını bildirib.
"Prezident Baydenin prezident Putinin rəhbərliyi ilə görüşmə təklifii haqqında danışdım. Bu təklif məmnuniyyətlə qarşılandı və hazırda nəzərdən keçirilir", - deyə Lavrov bildirib.