Lavrov Rusiya-Aİ münasibətlərinin pozulmasında Britaniyanı günahlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i376390-lavrov_rusiya_aİ_münasibətlərinin_pozulmasında_britaniyanı_günahlandırıb
Böyük Britaniya Rusiya və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə ciddi pozucu rol oynayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 07:55 Asia/Baku
  • Lavrov Rusiya-Aİ münasibətlərinin pozulmasında Britaniyanı günahlandırıb

Böyük Britaniya Rusiya və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə ciddi pozucu rol oynayır.

SəhərAzəri : APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA “Novosti”yə müsahibəsində bildirib.

“O ki, qaldı Rusiya ilə Avropa arasındakı münasibətlərə, düşünürəm ki, əvvəlki kimi burada ingilislər aktiv və çox ciddi pozucu rol oynayır. Onlar Avropa İttifaqından çıxdılar, lakin bu münasibətlərdə fəallıqlarının azalması müşahidə olunmur, heç azalmayıb. Əksinə, onlar maksimal dərəcədə Avropa İttifaqının Moskva ilə münasibətlərdə hansı mövqeni tutmasına təsir edir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

 

SəhərAzəri