Apr 29, 2021 22:48 Asia/Baku
  • Pakistanın baş naziri MBS-in İranla bağlı fikirlərini alqışladı

Pakistanın baş naziri İmran Xan Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İranla sülh təşəbbüsünü alqışladığını bildirib.

SəhərAzəri xəbər verir ki, İmran Xan Tvitter üzərindən verdiyi açıqlamasında bunları deyib: “Səudiyyə Ərəbistanının İranla sülh təşəbbüsünü alqışlayırıq. Qonşumuz İran və Səudiyyə Ərəbistanı ən yaxın dostumuzdur. Sülh təşəbbüsü İslam ümmətini gücləndirəcək”.

 Qeyd edək ki, Səudiyyə rejiminin vəliəhdi iki gün əvvəl Al-Arabiya telekanalına verdiyi açıqlamasında belə demişdi: “İran qonşu ölkədir və onunla yaxşı münasibətlər qurmağı ümid edirik. Səudiyyə Ərəbistanı İranla yaxşı və fərqli münasibətlər qurmaqda maraqlıdır”.

 

Teqlər