Apr 30, 2021 17:26 Asia/Baku
  • Prezidentliyinin 100-cü günündə Baydenin çıxışı pozulub

ABŞ prezidentinin öz prezidentliyinin yüzüncü günündəki çıxışı başlayan kimi etirazçıların tələbi ilə pozulub.

SəhərAzəri xəbər verir ki, Co Bayden Corciya Ştatındakı seçicilərə təşəkkür etməkdə olarkən etirazçılar bağıraraq, «Elə indi təcridxanaları bağlayın!» və «Gömrük və mühacirət üzrə polis idarəsini ləğv edin!» şüarları veriblər.

Hələ məlum deyil ki, görən, Bayden bu məsələ üçün icra fərmanı hazırlamaqdadır, yoxsa yox. Amma o, bir fərman imzalayaraq, ədliyyə nazirliyinə göstəriş veribdir ki, özəl həbsxanalara istinad etməyə son qoysun.

Co Bayden hökuməti media nümayəndələrinin mühacirlərin həbs olunduqları mərkəzlərdən baxış keçirmələrini əngəllədiyinə görə, tənqidlərlə üzləşibdir.

Teqlər