ABŞ bir daha Ukraynanın NATO-ya qatılmasına dəstək verib
Ukrayna prezident administrasiyası ABŞ-ın bir daha Ukraynanın NATO-ya qatılmasına dəstək verdiyini bildirib.
Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı günü Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə ABŞ-ın Ukraynanın NATO-ya qatılmasına dəstək verməsi haqda bir daha ona əminlik verib.
Yermak qeyd edib ki, NATO-ya üzv bir çox ölkə bu məsələ barədə fikir bildirməlidir, bu üzdən, bu sahədəki səylər davam edir.
Blinkenin Kiyev səfəri qərbpərəst Ukrayna hökumətilə Rusiya arasında kəskin çəkişmələr şəraitində keçirilir.
Qərb mediaları Ukrayna sərhədi ilə qonşu rayonlarda Rusiya qüvvələrinin toplaşmasından xəbər verirlər.
Onların təbirincə, güya bu, Ukrayna qüvvələrinin/ əhalisinin əksər hissəsini rus mənşəlilərin təşkil etdiyi münaqişəli Donbas bölgəsinə hücumunun qarşısını almaq məqsədilə edilən xəbərdarlıqdır.
Kiyev son zamanlar Amerikadan zirehli avtomobillər, tank əleyhinə raketlər və PUA-lara şamil olan bir neçə yüz milyon dollarlıq hərbi kömək aldı və onları Rusiya ilə sərhədin yaxınlığında yerləşdirdi.
ABŞ YENƏ KİYEVİN NATO-YA QATILMASINA DƏSTƏK VERİB