Kolumbiyada etiraz aksiyaları zamanı 548 nəfər itkin düşüb
https://azeri.sahartv.ir/news/dünya-i376825-kolumbiyada_etiraz_aksiyaları_zamanı_548_nəfər_itkin_düşüb
Kolumbiyada aprelin 28-dən 7 may tarixinədək keçirilən etiraz aksiyalarında iştirak edənlərdən 548 nəfəri itkin düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2021 17:11 Asia/Baku
  •  Kolumbiyada etiraz aksiyaları zamanı 548 nəfər itkin düşüb

Kolumbiyada aprelin 28-dən 7 may tarixinədək keçirilən etiraz aksiyalarında iştirak edənlərdən 548 nəfəri itkin düşüb.

“La FM” radiosu xəbər verir ki, bu barədə ölkənin ombudsman ofisinin məlumatında bildirilib.

Etiraz və iğtişaşlar zamanı ölənlərin sayının 26-ya çatdığı bildirilib.

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib.