May 19, 2021 18:40 Asia/Baku
  • Rusiya dumasında «açıq səma» müqaviləsindən çıxma layihəsi qəbul olunub

Rusiya dövlət duması bu ölkənin «açıq səma» müqaviləsindən çıxması layihəsini qəbul edib.

Rusiya dövlət dumasının üzvləri bugünkü iclasda bu ölkənin prezidenti Vladimir Putin tərəfindən göndərilmiş Rusiyanın «açıq səma» müqaviləsindəki iştirakına son qoyulmasına dair layihəni qəbul ediblər və Rusiya federasiya şurası da bu qanunu iyunun ikisində araşdıracaq.

Rusiyanın qərarının səbəbi, amerikan tərəfin bu müqavilədən birtərəfli şəkildə çıxması elan olunub.

Teqlər