May 31, 2021 12:01 Asia/Baku
  • Müttəfiqlərin biri-birinə qarşı casusluq əməliyyatları ifşa edilib

Bir alman mediyası Danimarka casusluq xidmətinin Amerika milli təhlükəsizlik agentliyi ilə həmkarlığından və Almaniya kansleri də daxil olmaqla Avropa rəsmilərindən casusluğundan xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Alman mediyası dünən gecə xəbər verib ki, Danimarka məxfi xidməti Almaniya kansleri Angela Merkel və bu ölkənin prezidenti Frank Valter Şteynmayer də daxil olmaqla Avropa rəsmilərindən casusluq etməkdə Amerika milli təhlükəsizlik agentliyinə kömək edibdir.

Birləşmiş Ştatların öz müttəfiqlərindən casusluq etməsinin ifşa olunması ilk dəfə olaraq, 2013-cü ildə ifşa edildi. Amma hazırda jurnalistlər daha artıq təfərrüata malik olan informasiyalar əldə ediblər.

Bu məlumat göstərdi ki, Almaniyaya yaxın qonşu və müttəfiq olan Danimarka Amerikanın casusluq xidmətilə həmkarlıq edərək, bu ölkənin kansleri və prezidentini hədəfə alıbmış.

Yeni informasiyada həmçinin məlum olubdur ki, Amerika Almaniyada mötədil solçu sosialist partiyasından kanslerliyə namizəd olan Pyer Şteynberkdən də casusluq edibdir.

Şteynberk özünə qarşı casusluq əməliyyatından xəbər tutan kimi öz istintaq qrupunun üzvləri ilə məsləhətləşdi.

Belə bir halda, nə Merkel, nə də Şteynmayerin Danimarka dövlətinin yüksək vəzifəli rəsmilərinin casusluq əməliyyatlarından xəbəri yox idi.

Danimarka dövləti və bu ölkənin casusluq xidməti indiyədək bu barədə bir reaksiya verməyiblər.

Teqlər