Moskvadan Vaşinqtona xəbərdarlıq
Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ müdafiə nazirliyi- Pentaqon-un Rusiya sərhədləri yaxınlığında keçirilən NATO-nun dəniz təlimlərində B-52H tipli atom bombardmaçılarından istifadə üzrə qərarı haqda xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Pentaqon-un 2021-ci il iyunun altısından on səkkizinədək olan müddətdə Rusiya sərhədləri yaxınlığında- Baltik dənizində keçirilən NATO-nun «Boltops» təlim-məşqində B-52H tipli atom bombardmaçılarından istifadə üzrə qərarını kəskin şəkildə tənqid edən Rusiyanın Vaşinqtondakı səfirliyi bu hərəkəti təhrikedici hərəkət adlandırıb.
Amerikanı Rusiya sərhədləri yaxınlığında təhlükəli hərəkətlərdən imtina etməyə çağıran Rusiya səfirliyi vurğulayıb ki, Amerikanın NATO-nun hərbi təlimlərində B-52H tipli bombardmançılardan istifadə etməsi, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşündən öncə münasibətlər atmosferinin daha da pisləşməsinə səbəb olacaq.