Putinin ABŞ-Rusiya münasibətlərindən danışıb
Rusiya prezidenti son illərdə Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin səviyyəsinin azaldığını elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin "NBC" xəbər kanalına verdiyi eksklüziv müsahibəsində ölkəsinin ABŞ ilə ikitərəfli əlaqələri haqda deyib: "Bizim ikitərəfli münasibətlərimiz var ki, son illərdə ən aşağı səviyyəyə enibdir".
Putin, Qərb mediasında yayılan Rusiyanın İrana peyk sistemləri vermək niyyəti ilə bağlı xəbərləri "saxta xəbər" adlandırıb.
ABŞ və Rusiya prezidentlərinin ilk dəfə 16 iyun tarixində İsveçrənin Cenevrə gölünə baxan bir villasında görüşü planlaşdırılır.
Seçkilərə müdaxilə, kiberhücumlar, insan hüquqları və Ukrayna məsələsi, Putin-Bayden görüşünün əsas müzakirə mövzuları olacaq.
Görüşdə, həmçinin strateji nüvə sabitliyi və regional münaqişələr müzakirə ediləcək.
Bundan əvvəl Bayden administrasiyasının yüksək vəzifəli rəsmilərindən biri ABŞ-ın iki ölkə arasındakı ilk zirvə görüşü ilə eyni zamanda Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışmadığını söyləyib.
Bu elə bir haldadır ki, Kremlin sözçüsü Dmitri Peskov may ayının sonlarında jurnalistlərə verdiyi açıqlamada, Moskvanın bütün mübahisələrin tam həll ediləcəyini və ya ilk zirvə görüşdən sonra Rusiya-ABŞ münasibətlərində hansısa açılışın olacağını gözləmədiyini deyib.