İyun 14, 2021 23:09 Asia/Baku
  • C.Sallivan: NATO Rusiya və Çinə qarşı strategiyasını dəyişdirməlidir

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi NATO-nun hazırkı strategiyasının daha çox Rusiya ilə münasibətlərə yönəldiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Brüsseldə NATO sammiti ərəfəsində Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Ceyk Sallivan verdiyi açıqlama zamanı bildirib ki, bu sammitin nəticəsi olaraq gözlənti 2022-ci il NATO sammitində açıqlanacaq yeni bir strateji konsepsiya prosesinə bağlılıqdır: 

 "Əvvəlki strategiya digər hallarda olduğu kimi Rusiyanı konstruktiv tərəfdaş adlandıran və Çindən ümumiyyətlə bəhs etməyən 2010-cu ildə hazırlanmışdı. Buna görə NATO üçün bu strateji konsepsiyanı yeniləməyin vaxtı gəlib və Prezident Bayden bu sammitdə müttəfiqlərimiz və tərəfdaşlarımızla bunu müzakirə edəcək". 

 Bundan əvvəl Ağ Ev NATO-nun Rusiya və Çini nəzərə alaraq strateji siyasətində islahatlar aparmaq niyyətində olduğunu bildirmişdi.

Teqlər