İyun 18, 2021 13:26 Asia/Baku
  • Sarkozi üçün 6 ay həbs

Fransa prokurorluğu seçkilərdəki korrupsiyaya görə, bu ölkənin keçmiş prezidenti üçün altı ay həbs istəyib.

Fransa prokurorluğu cümə axşamı günü Nikola Sarkoziyə qarşı ittiham aktında, onun seçki kampaniyasının qanunsuz şəkildə maliyyələşdirilməsi ilə bağlı şübhələr barədəki "Bigmalion" işinə görə, altı ay şərti cəza və üç min 750 avro pul cəzası da daxil olmaqla bir il həbs cəzası tələb edib.

Prokurorluq Sarkozinin bu kampaniyaya təxminən 22 milyon avro xərclədiyi qənaətinə gəlib.

Bununla belə, Sarkozi məhkəmədə özünün uğursuz 2012-ci il seçki kampaniyası üçün hər hansı bir büdcənin təmin edilməsini rədd edib. O, seçki və seçki kampaniyaları xərclərinin prezidentin və seçki namizədinin vəzifələri olmadığını bildirib.

Ötən il Nikola Sarkozi, ilk dəfə məhkum edilməsindən iki həftə sonra "Bigmalion" işi ilə bağlı ikinci dəfə məhkəməyə getmişdi.

Paris prokurorluğunun bildirdiyinə görə, Sarkozinin namizədliyini irəli sürən sağçı Xalq Hərəkatı İttifaqı partiyası, 2012-ci ildəki uğursuz seçki mübarizələri üçün qanuni xərclər həddi sayılan 22 milyon və 500 min avrodan ikiqat çox olan 42 milyon 800 min avro xərcləyib və bu işi "Bigmalion" şirkətinin saxta fakturaları ilə ört-basdır edibdir.

Teqlər