İyun 23, 2021 11:41 Asia/Baku
  • Taliban Əfqanıstan əyalətlərinin mərkəzlərinə hücuma hazırlaşır

Taliban qruplaşmasının Əfqanıstanda fəallaşması narahatlıq doğurmağa başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Layons bu barədə xəbərdarlıq edib ki, Taliban hərəkatının qiyamçıları maydan başlayan hücum əməliyyatında Əfqanıstanın onlarla rayonunu nəzarət altına alıblar və ehtimal ki, bir sıra əyalətlərin mərkəzlərinin tutulması üzrə əməliyyatlar hazırlayır.

O, BMT Təhlükəsizlik Şurasında bildirib ki, maydan başlayan intensiv hücum əməliyyatı nəticəsində Əfqanıstanda 50-dən çox rayon “taliblər”in nəzarəti altına düşüb.

Layons dünya ictimaiyyətini “taliblər”ə onların Əfqanıstan hakimiyyəti ilə problemlərin həllini döyüş meydanında deyil, danışıqlarda axtarmaları üçün təsir göstərməyə çağırıb.

Daha əvvəl "Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın şimalındakı Bəlx və Səmənqan əyalətlərində iki rayon üzərində nəzarəti ələ keçiriblər.

BMT-nin bundan əvvəlki məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.

 

Teqlər