İyul 02, 2021 15:22 Asia/Baku
  • A.Abdullah
    A.Abdullah

Əfqanıstan ali saziş şurasının sədri savaşın şəhərlərin darvazalarına çatması haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Abdullah Abdullah bu ölkədə bütün təbəqələrin birliyinə təkid edib. Bildirib ki, heç kəs savaşın davam etməsini istəmir, amma Əfqanıstanın müharibə şəraiti və xalqın qırğın edilməsi qarşısında da susmaq olmaz.

O, qeyd edib ki, hazırda savaş şəhərlərin darvazalarına çatıb. Bu reallıq dərk edilməlidir və ona laqeyd qalmaq olmaz.

Əfqanıstan hökumətindəki daxili ixtilaflara toxunan Abdullah Abdullah deyib ki, respublikaçılıq sırasında ixtilaflar ola bilər, amma ölkənin həyatından söz gedərkən hamı birləşərək, belə bir vəziyyəti ciddi tutmalıdır.

Əfqanıstan ali saziş şurasının sədri həmçinin Taliban-a xitabən deyib ki, bu qrup elə zənn etməməlidir ki, fürsət yaranıb və hərbi yolla hökmranlıq edə bilər; heç kəs bu icazəni Taliban-a verməyəcək. Deməli, müharibə davam edir.

 

Teqlər