İyul 03, 2021 11:10 Asia/Baku
  • Peskov: Rusiyanın Ukraynada bayraq dalğalandırmaq istəyi yoxdur

Ukrayna lideri Vladimir Zelenskinin açıqlamasını şərh edən Rusiya Prezidentinin Mətbuat Katibi bildirib ki, Rusiya üçrəngli bayrağını Ukraynada yerləşdirmək niyyətində deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov bu haqda deyib: “Ukraynanın suverenliyinə hörmət edirik. Ancaq əlbəttə ki, prezident Zelenskinin bu sözlərinə müsbət reaksiya verə bilmərik. Burada bu sözlərin niyə deyildiyini təhlil etməkdə çətinlik çəkirəm".

Rusiyanın dövlət rəsmisi ruslar və ukraynalıların eyni xalq olması fikrini də şərh edib. “Biz bir xalqıq, amma iki fərqli dövlətik. Bu tamamilə doğrudur”- deyə Peskov qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılar və rusların eyni xalq olmadığını bildirib.

Onun sözlərinə, hər iki xalqın çoxlu ortaq cəhətləri var, lakin “ukraynalılar və rusiyalılar eyni xalq olsaydı, o zaman Moskvada Dövlət Duması üzərində sarı-göy bayraq dalğalanardı”.

Bu arada Ukraynanın Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, general-mayor Viktor Yaqun bəyan edib ki, Rusiya və Ukrayna arasında hərbi konflikt olsa, NATO Kiyevə qoşun göndərməyəcək.

General əlavə edib ki, Rusiya ilə mümkün toqquşma yalnız Ukraynanın problemidir və burada kəşfiyyat məlumatları Kiyevin köməyinə çata bilər.

 

Teqlər