İyul 08, 2021 14:47 Asia/Baku
  • Taliban Əfqanıstanın 85%-nə nəzarət etdiyni iddia edir

Taliban qruplaşması bildirib ki, Əfqanıstanın 398 rayonundan 169-na nəzarəti öz əlinə keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Talibanın rəsmi nümayəndəsi Zabihullah Mücahid belə deyib.

O, bununla əlaqədar olaraq dünən daha iki rayonun – Herat və Zabulun nəzarətə alındığını bildirib.

Mücahid bununla Əfqanıstanın 85%-nə nəzarət etdiklərini deyib.

Əfqanıstan Müdafiə Nazirliyi bu informasiyanı təkzib edib.

Qeyd edək ki, bir neçə gün öncə Taliban 162 rayona nəzarəti ələ aldığını, eyni zamanda Türkmənistanla sərhəd vilayətə hücuma keçdiyini açıqlamışdı.

Teqlər