ABŞ-ın ən uzun hərbi əməliyyatı biabırçı məğlubiyyətlə başa çatdı
https://azeri.sahartv.ir/news/dünya-i378889-abŞ_ın_ən_uzun_hərbi_əməliyyatı_biabırçı_məğlubiyyətlə_başa_çatdı
«Ekonomist» jurnalı öz cildindəki şəkli amerikalı əsgərlərin Əfqanıstandan çıxmalarına və bu ölkənin ən uzun savaşının uğursuz nəticəsinə həsr edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2021 15:35 Asia/Baku
  • ABŞ-ın ən uzun hərbi əməliyyatı biabırçı məğlubiyyətlə başa çatdı

«Ekonomist» jurnalı öz cildindəki şəkli amerikalı əsgərlərin Əfqanıstandan çıxmalarına və bu ölkənin ən uzun savaşının uğursuz nəticəsinə həsr edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstandan bir görünüş və ABŞ-ın hərbi vertolyotlarının bu ölkədən çıxmalarını göstərən bu ağ-qara şəklin üstündə belə yazılıb: «Əfqanıstanı boşlamaq».

«Ekonomist» öz tvittində bu fotonun izahında yazıb ki, ABŞ-ın ən uzun hərbi əməliyyatı biabırçı məğlubiyyətlə başa çatır, zira Taliban-ın tam istilası təhdidi bütün Əfqanıstana kölgə salıb. Əfqanlar daha artıq qan axıdılması ilə üzləşirlər. Bu, bizim jurnalımızın buhəftəki üz qabığıdır.

Qeyd edək ki, amerikalı qüvvələr 2001-ci ilin oktyabrında on bir sentyabr hadisəsindən sonra Əfqanıstana basqın edərkən «Taym» jurnalının cildi bir əfqan kişinin rəsmi geyimdə olan şəkli ilə yanaşı, iri bir titr dərc etdi və yazdı ki; «Bu, Taliban-ın sonudur».