ABŞ Keniko bazasına qarşı hücumu təsdiq edib
Pentaqon rəsmisi bildirib ki, bu hadisədə yaralanan olmayıb
ABŞ müdafiə nazirliyi bazar gününün səhər saatlarında bu ölkənin Suriyadakı hərbçilərinə qarşı raket hücumunun baş verməsini təsdiq edib.
SəhərAzəri-nin məlumatına əsasən, bir Pentaqon rəsmisi Suriyada yerləşən Keniko qaz təsisatlarındakı Amerika bazasına qarşı hücumu təsdiq etsə də iddia edibdir ki, dolayısı ilə edilən bu hücumda yaralanan olmayıbdır.
Medialar bu gün səhər tezdən Suriyanın şərqində yerləşən Diyrəzzur vilayətndəki ABŞ hərbi bazasına qarşı raket hücumundan xəbər veriblər.
Bu hücumda Diyrəzzur vilayətinin şərqində yerləşən Keniko bazasına tərəf azı dörd ədəd raket atılıb.
Ötən həftə də bu baza raket hücumu hədəfinə çevrilmişdi.
Amerika hərbçiləri və onların tabeliyində olan terror ünsürləri çoxdandır ki, qanunsuz şəkildə Suriyanın şimalı və şərqində iştirak edirlər. Onlar Suriyanın neft mənbələri və taxılını qarət etməkdən əlavə, bu bölgədəki suriyalı qüvvələrə və sakinlərə qarşı hərəkətlər edirlər.