İyul 16, 2021 16:01 Asia/Baku
  • Avropada ağır daşqın
    Avropada ağır daşqın

Avropalı rəsmilər deyirlər ki, bu qitənin qərbindəki ölümcül daşqın, infrastrukturları geniş şəkildə dağıtmaqdan əlavə, yüzə yaxın insan tələfatı törədibdir ki, onlardan azı 81 nəfəri Almaniyanın payına düşür.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniyada güclü və nadir daşqının baş verməsi nəticəsində azı 81 nəfər həyatını itirib.

Almaniyanın ARD kanalı bu gün bu ölkə polisinə istinadla xəbər veribdir ki, 81 nəfərin ölməsindən əlavə, təqribən 1300 nəfər də “Bad-Noyenar-Arvayler” bölgəsində daşqın nəticəsində itkin düşüb.

Son günlər Almaniya, Fransa, Niderland, İsveçrə və Belçikada güclü leysan yağışları Qərbi Avropada geniş miqyaslı selin baş verməsinə bais olub və sel öz yolunda duran çox sayda yaşayış binasını aradan götürübdür.

Belçika rəsmiləri də bildiriblər ki, son günlər bu ölkədə yağan güclü leysan yağışlarından irəli gələn sel nəticəsində indiyədək azı on iki nəfər ölüb.

Qərbi Avropanın bəzi bölgələrində vəziyyət böhranlı olub və əlaqə yolları, telefon xətləri, internet/ kəsilmə və geniş pozuntulara düçar olublar.

Almaniyada həmçinin quru qoşunlarının tankları şose yollarını daşqının dağıntılarından təmizləmək, aviasiya qüvvələrinin vertolyotları isə insanları xilas etmək üçün köməyə gəliblər.

 

Teqlər