Donald Tusk: "AB ilə qarşıdurmalar bu bloka son qoya bilər"
https://azeri.sahartv.ir/news/dünya-i379150-donald_tusk_ab_ilə_qarşıdurmalar_bu_bloka_son_qoya_bilər
Avropa Şurasının sabiq sədri cümə günü, Polşa və Macarıstanın Avropa Birliyi ilə qarşıdurmalarının bu blokun dağılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2021 13:22 Asia/Baku
  • Donald Tusk:

Avropa Şurasının sabiq sədri cümə günü, Polşa və Macarıstanın Avropa Birliyi ilə qarşıdurmalarının bu blokun dağılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Donald Tusk "TVN-24" telekanalı ilə müsahibədə Polşa və Macarıstan ilə Avropa Birliyi arasındakı fikir ayrılıqlarının kəskinləşməsinə toxunaraq, bu fikir ayrılıqlarının Avropa Birliyinin dağılması ilə nəticələnəcək bir prosesə start verə biləcəyini qeyd edib.

Avropa Birliyi ilə Polşa və Macarıstan arasında müxtəlif məsələlər, o cümlədən məhkəmə müstəqilliyi və media azadlıqları barədə mübahisə yaşanıb. Bu mübahisə keçən həftə Polşanın Konstitusiya Məhkəməsinin bu ölkənin Avropa Birliyinin Ali Məhkəməsinin tələblərinə əməl etməyəcəyinə dair qərarı ilə daha da kəskinləşib.