Lavrov: "Rusiyanın Orta Asiyadakı müttəfiqləri ABŞ əsgərlərini qəbul etmək niyyətində deyillər"
Rusiyanın Xarici işlər naziri cümə günü etdiyi çıxışında, Rusiyanın Orta Asiyadakı müttəfiqlərindən heç birinin Əfqanıstandan çıxarılan ABŞ qoşunlarını və infrastrukturunu qəbul etmək niyyətində olmadığını söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib: "Amerikalılar bu məsələni açıq və fəal şəkildə irəlilədirlər və Orta Asiya ölkələrini və Pakistanı onların Əfqanıstandan çıxardığı hərbi infrastrukturun bir hissəsini ərazilərində quraşdırmaq üçün razı salmağa çalışırlar."
Rusiyanın xarici işlər naziri əlavə edib: "Əvvəla, Pakistan və Özbəkistan bundan əvvəll rəsmi şəkildə elan ediblər ki, bu infrastruktura ev sahibliyi etmək niyyətində deyillər. Hazırda da bu məsələ 5 Orta Asiya ölkəsi və Rusiyanın xarici işlər nazirlərinin görüşündə müzakirə edilib və müttəfiqlərimizin heç biri , öz torpaqlarını və xalqlarını belə bir təhlükəyə atmaq niyyətində deyillər."
"İran və Hindistanın Əfqanıstanda həll yolu üzrə Rusiya, Çin, ABŞ və Pakistan qrupuna daxil edilməsi bu həll yolunun imkanlarını zənginləşdirə bilər", - deyə o, əlavə edib.
Rusiyanın yüksək ranqlı diplomatı deyib: "Üç qrupu, xüsusilə də İran və Hindistanın yeni üzv olaraq namizədliyini müzakirə edib. Düşünürəm ki, bu, planın imkanlarını zənginləşdirə bilər."
"2020-ci ilin fevral ayında ABŞ ilə Taliban arasında razılığın əldə edilməsi və tərəflər arasında "sülh müqaviləsi"nin imzalanmasından sonra ABŞ və müttəfiqlərinin hərbçilərinin Əfqanıstandan çıxarılması prosesinə start verilib.
ABŞ və NATO-nun digər üzvləri 2001-ci ildə ABŞ-a edilən 11 sentyabr hücumlarına cavab olaraq, Əfqanıstana hərbi hücum etdilər. O, zamandan bəri onların Əfqanıstandakı hərbi varlıqları və işğalçılıqları davam edir.