Almaniyanın cənub-qərbində hava qəzası baş verib
https://azeri.sahartv.ir/news/dünya-i379173-almaniyanın_cənub_qərbində_hava_qəzası_baş_verib
Almaniyanın cənub-qərbində kiçik bir təyyarənin süqut etməsi nəticəsində bir qrup insan həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2021 09:14 Asia/Baku
  • Almaniya
    Almaniya

Almaniyanın cənub-qərbində kiçik bir təyyarənin süqut etməsi nəticəsində bir qrup insan həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, Təyyarə “Piper Aircraft” tipindən olub. Hadisə Baden-Vürtemberq əyalətinin Ştaynenbron şəhərinin ətrafındakı meşə sahəsində baş verib.

Təyyarə dünən səhər Almaniyanın Ştutqart hava limanından havaya qalxmışdı.

Təyyarənin qalıqlarını və cəsədləri çıxarmaq üçün yardım və xilasetmə qrupu hadisə yerinə gedib.

Hadisənin səbəbi və ölənlərin dəqiq sayı indiyədək müəyyən edilməyib.