Əfqanıstanda Talibanın güclənməsi qonşu ölkələri ehtiyat tədbirləri görməyə vadar edib
Rusiya və Özbəkistan Əfqanıstanla sərhəddə hərbi təlim keçirir
Əfqanstanla sərhədboyu ərazidəki “Termez” poliqonunda Özbəkistanla Rusiya hərbçilərinin hərbi təlimləri başlayıb. Mənbə: https://eastnews.org/news/58613
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya Mərkəz Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbi təlimlər iyulun 30-dan avqustun 3-dək Özbəkistanın Surxandarin vilayətində keçiriləcək.
Rusiyanın 1 500-dən çox hərbçisi təlimdə iştirak etmək üçün Özbəkistandadır.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Tacikistanda yerləşən 201 saylı bazasının hərbçiləri Əfqanıstanla sərhəddə yaranan vəziyyət fonunda iyulun 22-də planauyğun və plandankənar təlimlər keçirib.
Avqustun 5-10-da isə Tacikistanın Xatlon vilayətindəki “Hərb meydanı” poliqonunda Rusiya, Özbəkistan və Tacikistan hərbçiləri birgə təlim keçirəcək.
Qeyd edək ki, Tacikistanla Əfqanıstan sərhədinin uzunluğu 910 km, Özbəkistanla isə 150 km-dir.