Avq 03, 2021 14:27 Asia/Baku
  • Bütün yerli medialar fəaliyyətlərini dayandırıblar

Taliban qrupu dünən Əfqanıstanın Hilmənd vilayətinin mərkəzi olan Ləşgərqah şəhərində yerləşən teleradio mərkəzini öz nəzarəti altına alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hilmənd vilayətində yerləşən bütün yerli medialar öz fəaliyyətlərini dayandırıblar. Radio mərkəzi və televiziya kanalının işçiləri iki gün bundan öncə bu binanı tərk ediblər.

Taliban iyulun əvvəllərində, qərbli qüvvələrin Əfqanıstanı tərk etmələrinin qızğın çağında, beş ölkə- İran, Tacikistan, Türkmənistan, Çin və Pakistanla sərhəd boyunca yerləşən Əfqanıstandakı bölgələrin nəzarətini ələ keçirdi.

Əfqanıstan silahlı qüvvələrinin yeni komandanı general Vali Məhəmməd Əhmədzay deyibdir ki, ordunun prioriteti, bu ölkənin əsas şəhərləri, sərhəd keçidləri və şose yollarını Taliban-ın qarşısında qorumaqdır.

Onun sözlərinə görə, Taliban-ın rəhbərləri öncə ticarət mallarınn təmini istiqaməti olan əsas yolları kəsməyə, sonra isə şose yollarına və rayonlara hücum etməyə çalışırlar.

Teqlər