Putin yanğına məruz qalmış bölgələrə səfər edib
Rusiya prezidenti bu ölkə meşələrinin yanğından zərər çəkən bölgələrinə baş çəkmək üçün Çelyabinsk vilayətinə daxil olaraq, yaxından fəlakətin miqyasını araşdırıb.
SəhərAzəri-nin məlumatına əsasən, iki ay bundan öncədən başlanaraq, yüz minlərlə hektarı əhatə edən Rusiyanın bəzi meşə bölgələrindəki yanğının yayılmasının ardınca Vladimir Putin Çelyabinsk vilayətinə səfər edərək, yanğın fəlakətinin miqyasını müşahidə edib.
Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler bu bölgədəki meşələrin yanmasının dəlillərini diqqətsizlik, ehtiyatsızlıq, həmçinin quru tufan və ildırım adlandırıb.
Teksler deyib ki, yanğın qurbanlarının əksəriyyətinə kompensasiya ödənilib və meşə yanğınları nəticəsində evlərini itirən şəxslərdən pul kompensasiyası ilə yeni ev tikintisindən birini seçməsi istənilibdir.