Taliban Əfqanıstanın şərqində irəliləyir
Taliban-ın Əfqanıstanın şərq vilayətlərindəki irəliləyişlərilə bir zamanda, bu ölkənin şimalında və hökumətin hakimiyyəti altında olan iki şəhərdə həmin qrupun qüvvələri qarşısında müqavimət şiddətlə davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, Taliban bu gün bildiribdir ki, bu qrupun qüvvələri Əfqanıstanın şərqində yerləşən Pəktiya və Pəktika vilayətlərinin mərkəzlərinə daxil olublar və dövlət mərkəzlərini ələ keçirmək üçün irəliləməkdə davam edirlər.
Taliban həmçinin bildiribdir ki, bu qrupun qüvvələri Pəktiya vilayətinin mərkəzi olan Gərdiz şəhərinə daxil olduqdan sonra şəhər zindanını ələ keçirərək, məhbusları azad ediblər.
Taliban Konər vilayətinə hücum edərək, vilayətin müəyyən hissələrini də ələ keçiribdir.
Taliban-ın Əfqanıstanın şərq vilayətlərindəki irəliləyişlərilə bir zamanda, yerli rəsmilər bu qrupun Əfqanıstanın şimalında yerləşən Məzar-Şərif və Meymənə şəhərlərinə qarşı hücumlarının dəf edilməsindən xəbər veriblər.
Əfqanıstanın durumun böhranlı olması ilə bir vaxtda Qərb ölkələrinin Kabildə yerləşən səfirlikləri də bir-birinin ardınca boşaldılmaqdadır.