Əşrəf Qəni Kabili tərk edib
https://azeri.sahartv.ir/news/dünya-i380121-Əşrəf_qəni_kabili_tərk_edib
Əfqanıstan mediaları bu ölkənin prezidenti Əşrəf Qəninin Kabili tərk etdiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2021 15:12 Asia/Baku
  • Əşrəf Qəni
    Əşrəf Qəni

Əfqanıstan mediaları bu ölkənin prezidenti Əşrəf Qəninin Kabili tərk etdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Təsdiqini tapmamış bəzi məlumatlara görə, Əşrəf Qəni, milli təhlükəsizlik müşaviri- Həmdullah Mohebb, prezident administrasiyası işləri idarəsinin sədri Mahmud Fəzli Tacikistana gediblər.

Belə bir halda, Əlməyadin telekanalı bildirib ki, keçmiş daxili işlər naziri və Əfqanıstanın Almaniyadakı keçmiş səfiri- Əli Əhməd Cəlali Kabilə gəlib. O, müvəqqəti hökumətin məsuliyyətini üzərinə götürməlidir.