Avq 17, 2021 12:12 Asia/Baku
  • Co Bayden
    Co Bayden

Co Bayden Əfqanıstan hökumətinin çökməsi və Taliban-ın hakimiyyətə gəlməsinə ilk reaksiyada belə deyib: Sədaqətli olmalıyıq; Amerika ötən 20 ildə Əfqanıstanda bir çox yanlış addımlar atıb.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika prezidenti Ağ Ev-dəki çıxışında Birləşmiş Ştatların Əfqanıstandakı iyirmi il hərbi iştirakı boyunca bu ölkədə buraxdığı çox sayda səhvini qəbul edib və Əfqanıstanda hökm sürən hazırkı durumun məsuliyyətini üzərinə götürüb.

Birləşmiş Ştatlar hökumətləri tərəfindən Əfqanıstanın iyirmi il işğalı ilə bağlı peşmançılıq ifadə edən Bayden belə deyib: Mən Amerika xalqını təkcə bir az çox Əfqanıstanda qalmaqla hər şeyin dəyişəcəyi iddiası ilə azdırmıram. Həmçinin mən «bu gün haradayıq və nə cür buradan irəli getməliyik» məsələsində əlimdən gələni əsirgəməyəcəyəm./

«Mən Amerika Birləşmiş Ştatlarının prezidentiyəm və bütün məsuliyyətləri qəbul edirəm. Hazırda üzləşdiyimiz həqiqətlərə görə, çox narahatam, amma Amerikanın Əfqanıstandakı müharibəsinin bitməsinə dair qərarımdan peşman deyiləm.»- deyə, Co Bayden vurğulayıb.

Taliban qüvvələri avqustun on beşində Əfqanıstanın paytaxtı Kabilə daxil oldular və onun ardınca bu ölkənin prezidenti Məhəmməd Əşrəf Qəni Kabildən qaçdı.

Əşrəf Qəninin Kabildən qaçması ilə onun hökuməti süqut etdi.

 

Teqlər