Əfqanıstan mərkəzi bankının ehtiyatları Taliban-ın əlçatanlığından uzaqdır
https://azeri.sahartv.ir/news/dünya-i380179-Əfqanıstan_mərkəzi_bankının_ehtiyatları_taliban_ın_əlçatanlığından_uzaqdır
Taliban-ın əli Əfqanıstan mərkəzi bankının ehtiyatlarına çatmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2021 08:43 Asia/Baku
  • Beynəlxalq Valyuta Fondu
    Beynəlxalq Valyuta Fondu

Taliban-ın əli Əfqanıstan mərkəzi bankının ehtiyatlarına çatmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstandakı məlumatlı bir rəsmi deyib ki, Əfqanıstan mərkəzi bankının Amerikadakı aktivləri heç vaxt Taliban-ın ixtiyarına verilməyəcək.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Əfqanıstan mərkəzi bankı cari ilin aprel ayınadək təqribən doqquz tam onda dörd milyard dollar valyuta ehtiyatına malik olub.

Beynəlxalq nəzarətçilər Əfqanıstan mərkəzi bankının aktivlərinin Taliban qrupu tərəfindən necə xərclənəcəyindən nigarançılıq ifadə ediblər.

Belə bir halda, bu maliyyələrin böyük bir hissəsi hal-hazırda Əfqanıstanın daxilində deyil.

Taliban Əfqanıstan vilayətlərini ələ keçirdikdən sonra heç bir döyüş aparmadan Kabili də ələ keçirdi. Əfqanıstan prezidenti Əşrəf Qəninin ölkəni tərk etməsinin fonunda keçid dövlətinin təşkili üzrə məşvərətlər davam edir.