Avq 17, 2021 20:17 Asia/Baku
  • qadın diktor
    qadın diktor

Əfqanıstanın “Tolo News” telekanalı Taliban qrupunun bu ölkədə hakimiyyətə gəlməsindən sonra xəbər buraxılışını qadın diktorla bərpa edib.

 SəhərAzəri-nin məlumatına əsasən,  “Tolo News” telekanalının məsul şəxslərindən olan Səəd Mohseni Taliban qüvvələrinin telekanalın binasına daxil olduqlarını bildirib. Onun sözlərinə görə, Taliban qrupunun üzvləri telekanalın təhlükəsizlik bölməsinin silahlarını yığmaq üçün binaya daxil olubmuşlar.

Mohseni Taliban qüvvələrinin “Tolo News” telekanalının təhlükəsizlik bölməsi ilə peşəkar davranışını təsdiq edib.

Taliban bildirib ki, qadın müəllimələr və qız məktəblilər öz tədris və təhsillərini davam etdirə bilərlər.

Hal-hazırda Taliban qrupunun üzvləri Pərvan və Pəncşir vilayətləri çıxılmaq şərti ilə bütün Əfqanıstana yiyələniblər.

 

Teqlər