Amerikanın Əfqanıstanda 20 illik iştirakının nəticəsi
Amerikanın Əfqanıstanda 20 illik iştirakı nəticəsində 240 min nəfər ölüb, iki trilyon dollardan çox xərc çəkilibdir.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın «Braun» universitetindəki «Vatson» ictimai və beynəlxalq məsələlər institutu dünən bir məlumatda bildirib ki, Amerikanın 2001-ci ilin payızından başlanan və bir neçə gündən sonra başa çatacaq Əfqanıstandakı müharibəsinin xərci iki tam yüzdə iyirmi altı trilyon dollar olub.
Digər tərəfdən, «Vatson» ictimai və beynəlxalq məsələlər institutunun bildirdiyinə görə, bu müddət ərzində 241 min nəfər birbaşa surətdə bu müharibə nəticəsində öldürülüb.
Bu iyirmi il ərzində ümumilikdə bu müharibədə iki min 448 Amerika hərbçisi və min 144 NATO qüvvəsi həyatını itirib.
Məlumatda deyilir ki, 69 min əfqan qüvvə də bu savaşda öldürülübdür.
Ölənlər arasında həmçinin yetmiş iki jurnalist, 444 yardım qüvvəsi də var.
«Vatson» ictimai və beynəlxalq məsələlər institutunun bildirdiyinə görə, bu statistika,/ müharibənin dolayısı ilə nəticələri, o sıradan infrastrukturlar, su və qida əldə edə bilməmək və xəstəlik səbəblərindən öz həyatlarını itirmiş şəxslərə şamil olmur.
Amerika və müttəfiqlərinin iyirmi il hərbi iştirakdan sonra məğlub olmuş şəkildə Əfqanıstandan geri çəkilmələrinin fonunda qeyd etmək lazımdır ki, bu qoşunkeşlik əfqan xalqından on minlərlə nəfərin qırğın edilməsi, əmin-amansızlıq, səbatsızlıq, zorakılıq, müharibə, terrorizm və narkotik maddələr istehsalının artmasından savayı heç bir səmərə və fayda gətirməyibdir.