Onlarla Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib
https://azeri.sahartv.ir/news/dünya-i380313-onlarla_türkiyə_vətəndaşı_Əfqanıstandan_təxliyə_edilib
100-dən çox Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2021 11:39 Asia/Baku
  • Onlarla Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib

100-dən çox Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə vətəndaşları cümə günü gecə Əfqanıstanın paytaxtı Kabildən "C-130" tipli yük təyyarəsi ilə Pakistana aparılıb. Əfqanıstanın səhiyyə sektorunun 5 işçisi də bu türk təyyarəsi ilə Pakistana gedib. Türkiyə vətəndaşları Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə Pakistandan ölkələrinə dönəcəklər. Dünyanın bir çox ölkəsi, Talibanın Kabilə daxil olmasından və Əfqanıstan prezidenti Əşrəf Qəninin ölkədən qaçmasından sonra səfirliklərini bağlayaraq, diplomatlarını və vətəndaşlarını təxliyə etməyə başlayıblar.