Bayden: "Əfqanıstanı tərk etmək əməliyyatının son nəticəsinə zəmanət verə bilmərəm"
ABŞ prezidenti Co Bayden gümə günü, Kabildən minlərlə mülki vətəndaşın təxliyə edilməsinin çətin şəraitinin və hava limanında baş verən xaos səhnələrinin ölkəsinin beynəlxalq arenadakı nüfuzuna təsir etməyəcəyinə inandığını, amma çıxış əməliyyatının son nəticəsinin nə olacağını vəd edə bilməyəcəyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Bayden iddia edib ki, ABŞ-ın NATO-dakı müttəfiqləri ilə danışıqlar aparıb və nüfuz məsələsində vəziyyət əksinədir və onlar ABŞ-ın hərəkətlərindən razıdırlar.
Bayden, həmçinin ABŞ-ın müharibədə kömək edən bütün əfqanları Əfqanıstandan çıxarmağa öhdəlikli olduğunu söyləyib.
ABŞ hökuməti, hava limanının xaricindəki qarışıqlıq və zorakı səhnələrə görə tənqid edilir. ABŞ rəsmilərinin bildirdiyinə görə, cümə günü Kabil hava limanında uçuşlar bir neçə saat dayandırılıb, bununla belə uçuşlar günortadan sonra bərpa edilib.
ABŞ prezidenti Kabilin boşaldılmasının "son nəticəsinə" zəmanət verə bilməyəcəyini vurğulayıb. O, bu əməliyyatı tarixin "ən çətin əməliyyatlarından biri" kimi dəyərləndirib.