Avq 24, 2021 14:44 Asia/Baku
  • Əfqanıstanın müvəqqəti prezidenti Talibana xəbərdarlıq etdi

Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Taliban hərəkatının diktaturasını qəbul etməyəcəyi açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ə. Saleh bildirib ki, onlar Əfqanıstanın Talibanistana çevrilməsini istəmirlər: ““Taliban”ın istədiyi olmayacaq. Biz danışıqlara üstünlük veririk, lakin danışıqların mənası olmalıdır”.  

Onun sözlərinə görə, taliblərin Pəncşirin bir hissəsini nəzarətə götürdüklərinə dair iddiaları tam yalandır: “Biz vəziyyətə nəzarət edirik. İnsanların mənəvi ruhu çox yüksəkdir. İnsanlar arasında konsensusa nail olduq. Onlar müqavimət ruhunu satmağa hazır deyillər. Biz konstruktiv danışıqlara hazırıq. Eyni zamanda, əgər danışıqlar uğursuzluğa düçar olacaqsa, müqavimət göstərməyə də hazırıq”.  

Qeyd edək ki, Pəncşirdə məskunlaşan Ə. Saleh özünü ölkənin müvəqqəti prezidenti elan edib.

 

 

Teqlər