Avq 25, 2021 17:12 Asia/Baku
  • ABŞ Əfqanıstan bataqlığından çıxa bilmir

Kiçik Buşun dövründə ABŞ-ın bu ölkəyə hücumu ilə başlayan və digər üç ABŞ prezidentinin də iştirak etdiyi Əfqanıstan müharibəsi, elə bir halda sona çatdı ki, hazırda ABŞ liderinin heç biri onun məsuliyyətini üzərinə götürmək istəmir.

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden media tərəfindən kəskin şəkildə tənqid olunur, hansı ki, Əfqanıstandan çıxmağın qaçmaq kimi görünməsin deyə bir az təxirə salınmasını istəyirlər. 

Hazırda ABŞ prezidenti tədricən mövqeyini dəyişir. O deyir ki,  Əfqanıstandan düz çərşənbə axşamı çıxmaq Talibanın əməkdaşlığından asılıdır.

Amma pentaqon prosesin təxirə salınmasına qarşıdır. Bunun bir səbəbi də Talibanın təhdididir ki. deyib: Təxliyə həyata keçirmək üçün əlavə vaxt verilməyəcək, çərşənbə axşamı, çərşənbə olmayacaq.

Amerikalı ekspert Conatan Tesini deyir: "Düşünmürəm ki, hərbi komandirlər Əfqanıstan və İraq müharibəsinin nəticəsini gördükləri halda başqa bir münaqişədə maraqlı olsunlar".

Bundan sonra gözlər Pəncşir əyalətinə dikilib.Taliblər oranı mühasirəyə alıblar. Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun oğlu Əhməd Məsud oradadır.

O, deyir: Danışıqlar yolu açıqdır, amma əgər danışıqlar uğursuz olarsa, Pəncşiri təslim etməyəcək və müqavimət göstərəcək. 

BMT-nin baş katibi də uzaqdan narahatlığını bildirir. Təkcə bu qədər ki, orda silahlı toqquşmalar baş verməsin və mübahisələr sülh yolu ilə həll olunsun.

Belə bir şəraitdə Taliban BMT-yə mesaj göndərib və onları tez bir zamanda tanımağı tələb edib. BMT-nin baş katibi Təhlükəsizlik Şurasının üzvlərinə bildirib ki, Talibanın bu tələbi qarşıdakı danışıqlarda bir sövdələşmə vasitəsidir. BMT-nin Ərzaq Proqramının direktoru da Əfqanıstanda 14 milyon insanın aclıq və qıtlıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Teqlər