Avq 28, 2021 11:06 Asia/Baku
  • Lavrov Cənub sərhədlərinin təhlükəsizliyindən danışdı

Rusiyanın xarici işlər naziri bildirib ki, Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin, Mərkəzi Asiyada tərəfdaşların təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir.

SəhərAzəri-nin verdiyi məlumata görə, Sergey Lavrov Rusiya Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında belə deyib.

Qeyd edək ki, Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. 

Təhlillərə görə, Kreml Mərkəzi Asiyanı öz arxa bağçası sayaraq, başqa qüvvələrin bu coğrafiyaya ayaq açmasına imkan verməyəcəkdir və Əfqanıstan Talibanın nəzarətinə keçməsindən sonra onun həssasiyyəti ikiqat artmışdır. Xüsusilə də Moskvada hesab edirlər ki, bölgədə ekstremizmin yatmış özəkləri Əfqanıstan istiqamətindən fəallaşdırıla və Rusiyaya başağrısına çevrilə bilər. Ona görə də Qərbin və ya ona bağlı olan ifratçı qrupların Mərkəzi Asiyaya gəlməsinə imkan verilməməlidir.

Moskvada deyilir ki, Rusiya Mərkəzi Asiyadakı mövqeyini tez bir zamanda bərpa edə bilər. Amerikanın təhlükəsizlik çətiri yox olur, Rusiya isə öz çətirini açır.

Bununla əlaqədar Əfqanistandan gələcək təhlükə qarşısında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın özlərinə dəstək axtarmaları Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizə aparan Rusiyanın bölgədə öz mövqelərini möhkəmlətməsini asanlaşacaqdır. 

Teqlər