Əfqanıstan VS Qərb; 20 illik işğalın nəticəsi nədir?
Dağıntılar və xarabalıqlar, Qərbin Əfqanıstanı 20 illik işğal etməsinin nəticəsidir.
SəhərAzəri-nin verdiyi məlumata görə, bu günlərdə ABŞ ordusunun və müttəfiqlərinin Əfqanıstandan qaçmasını amerikalıların "Saigon" şəhərindən qaçması ilə müqayisə edirlər.
1975-ci il aprelin 30-da Cənubi Vyetnamın paytaxtı "Saigon", Vyetnam Xalq Ordusu və Milli Azadlıq Cəbhəsinin əlinə keçdi və ABŞ əsgərləri rüsvayçı bir şəkildə oradan qaçdılar. "Saigon"un süqut etməsi ABŞ və müttəfiqlərinin Vyetnamdakı məğlubiyyətinin və bu ölkədə müharibənin sona çatmasının nişanəsi idi.
ABŞ-ın Vyetnamdakı rüsvayçılığından 46 il sonra, ABŞ ordusu, 44 digər ölkə ilə birlikdə, Əfqanıstanda terrorun kökünü kəsmək şüarı ilə bu dəfə eyni səhnələri bu ölkədə yaratdı.
Dünyanın bütün müdrik insanları Amerika və ənənəvi müttəfiqi olan İngilisləryə bu ölkələrin İraq, Əfqanıstan, Suriya və digər ölkələrdə apardıqları müharibələrin qətliam və məhv etməkdən başqa heç bir şey əldə etməyəcəyi barədə xəbərdarlıq etsələr də, hələ də supergüc illüziyasında olan Qərb ölkələrinin başçıları regionu oda çəkdilər və bu gün, iyirmi il sonra, bəlli oldu ki, dağıntı, xarabalıq, etibarsızlıq, terrorizmin genişlənməsi və milyonlarla insanın didərgin düşməsi bu müharibələrin əldə etdiyi nailiyyətlər imiş.
Qərbin Əfqanıstandakı planı ilə bağlı bütün həqiqətlər hələ üzə çıxmayıb. ABŞ və müttəfiqləri müharibəni əsaslandırmaq üçün demokratiya gətirmək, Əfqanıstanı yenidən qurmaq və narkotik maddələrin istehsalını azaltmaq kimi aldadıcı şüarlarla Əfqanıstanda müharibəyə başladılar. Amma bu gün nəinki bu şüarlar gerçəkləşməyib, həmdə Əfqanıstan keçmişdəkindən daha etibarsız və təhlükəli olubdur.
İngiltərənin baş naziri Boris Conson son bir həftədə, parlament və hökumət üzvləri ilə üçüncü təcili toplantı keçirdi və bunun sonunda mətbuata verdiyi müsahibədə bütün sözü bu oldu ki, İngiltərə hərbçilərini və vətəndaşlarını Əfqanıstandan necə təhlükəsiz bir şəkildə çıxara bilər.
Amma təəssüf ki, ABŞ və İngiltərənin Əfqanıstanı niyə işğal etdiyi və iyirmi ildən sonra nəticə haqqında bir cümlə belə demədi.
Doğrudan Qərbin Əfqanıstandakı missiyası nədən ibarət idi?