Avq 31, 2021 15:56 Asia/Baku
  • Aeroportdakı əfqanları ABŞ hərbçiləri qırıb

Amerikalı hərbçilər avqustun 26-da Kabil aeroportunda baş vermiş terror aktından dərhal sonra dinc insanlara atəş açıblar. Onlar hətta yerə yıxılmış adamlara da mərhəmət etməyiblər.

RT kanalı bir reportajda bildirir ki, Şahidlərin sözlərinə görə, əslində26 avqust Kabil aeroportunda törədilmiş partlayış nəticəsində hadisə yerindəki insanların az bir qismi həlak olub, qalanlarını amerikalı əsgərlər qətlə yetiriblər.

"Amerikalılar elə bildilər ki, kütlənin içində kamikadzelər var və havaya deyil, birbaş insanlara atəş açdılar", – deyə insident zamanı xəsarət alanlardan biri bildirib.

Digər şahidlərin sözlərinə görə, "partlayış nəticəsində hadisə yerindəki insanların az bir qismi həlak olub", qalanlarını isə təşviş qapılmış amerikalı əsgərlər atəşə tutublar.

"Çaxnaşma düşdü, hamı qaçmağa başladı. Yəqin, amerikalılar fikirləşdilər ki, bizim aramızda da partlayış edə biləcək adam var, ona görə də atəş açmağa başladılar. Əslində partlayış nəticəsində ölənlərin sayı az oldu, çünki partlayışın episentri amerikalıların olduğu tərəfdə idi. İnsanlar daha çox yaranmış çaxnaşmada və amerikalıların hər tərəfdən onaları atəşə tutması nəticəsində öldülər", – deyə hadisənin şahidi Şah Can bildirib.

Qeyd edək ki, avqustun 26-da Kabil aeroportunda iki partlayış olub. Hadisənin məsuliyyətini (İŞİD) qruplaşması öz üzərinə götürüb. Terror aktı nəticəsində 13 amerikalı əsgər və 200 əfqan həyatını itirib.

Avqustun 29-da isə Amerikanın pilotsuz təyyarəsi Kabildə bir avtomobili hədəfə alıb, nəticədə 12 nəfər həlak olub ki, onların arasında uşaqlar da var.

 

Teqlər