Əfqan xalqı müharibədən yorulub
-
Əfqan xalqı
«Xalq, təhlükəsizlik məsələlərinin, vəziyyəti naməlum olan kəslərin əlində olmamasını/ və gecə-gündüz xalqın təhlükəsizliyini təmin edən, bir kəsin olduğunu bilmək istəyir»-deyə, əfqan jurnalist və politoloq Kazım Heydəri bildirib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Heydərinin sözlərinə görə, digər bir məsələ budur ki, əfqan xalqı daha müharibədən yorulub. Gənclərinin şəhid olmalarından yorulub. Didərginlik və çarəsizlikdən yorulub.
«Gördüyünüz kimi, xüsusən öz həmvətənləri olmuş-olsun, hər kəs tərəfindən bir ümid yeri görünür. Təbiidir ki, xalq rəğbətlə qarşılayacaq/ və onlar, xalq qüvvələrinin, ölkəni müdafiə etməyə məcbur edilmədən cəlb edilməsi tərzini bilməlidirlər. Təhlükəsizlik problemlərinin mövcud olduğu bəzi yerlərdə bəziləri hərbi yolla məsələləri həll etmək və ya bir nailiyyətə çatmaq istəyirlər. Bu, nigaranedicidir. Lakin onlar bu nəticəyə çatıblar ki, müharibə kəsərli deyil. Hər tərəf olursa-olsun, gərginlik yaratmaq yerinə, yaxşı olardı ki, dialoqa üz tutsun. Əlbəttə, hər iki tərəfin müzakirə və dialoqa təkid etdiyini eşidirik. Bu, ümidvericidir. Heç başqa bir şey də gözlənilmir, çünki siyasi yetkinlik mövcuddur və tanınmış şəxslər var. Onların hər biri ölkənin bir hissəsində xalqın himayəsilə hökumətlik edə bilər. Bundan başqa, istər islami əmirliklər olsun, istərsə də siyasi müxaliflər; hər hansı bir quruluş və hər hansı bir ölkə əgər xalqın etimadı və himayəsinə malik olmazsa, əmin olsun ki, tezliklə məğlub olacaqdır.