Ticarət fəaliyyətləri istiqamətində Taliban-ın problemi
https://azeri.sahartv.ir/news/dünya-i380707-ticarət_fəaliyyətləri_istiqamətində_taliban_ın_problemi
Əfqanıstanın Bəlx vilayətinin ticarət otağının rəsmisi Taliban tərəfindən etimadın yaradılmasını Əfqanıstanın ticarət mübadilələrinin bərpa edilməsi üçün mühüm bir məsələ adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2021 07:06 Asia/Baku
  • Ticarət fəaliyyətləri istiqamətində Taliban-ın problemi

Əfqanıstanın Bəlx vilayətinin ticarət otağının rəsmisi Taliban tərəfindən etimadın yaradılmasını Əfqanıstanın ticarət mübadilələrinin bərpa edilməsi üçün mühüm bir məsələ adlandırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Əfqanıstanın Bəlx vilayətinin ticarət otağının icra məsələləri üzrə rəis müavini Məhəmməd Nəim Ənsari deyib ki, hazırkı şəraitdə qonşu ölkələrlə ticarət əlaqələrində etimadın yaradılması mühüm və zəruridir, çünki region və dünya ölkələri hələ taliblərə inanmırlar.

Ənsari bildirib ki, taliblər geniş ticarət əlaqələri qurmaq üçün region ölkələrinin yanında inam yaratmalıdırlar və zənnimcə, Taliban tərəfindən etimadın yaradılması üzrə hazırkı prosesin davam etməsilə ticarət sahəsində ölkənin problemləri aradan qaldırılacaq.

Bəlx vilayətinin ticarət otağının icra məsələləri üzrə rəis müavini taliblərin hakimiyyətə gəlmələrindən sonra Özbəkistandan Əfqanıstana ilk ticarət yükünün daxil olduğunu bildirib.

Taliban qüvvələrinin avqustun beşində Kabilə daxil olmaları ilə bu qrup Əfqanıstanda hakimiyyəti əlinə aldı. Bu isə region ölkələrinin nigarançılığına səbəb oldu.