Sen 07, 2021 08:44 Asia/Baku
  • Taliban öz hökumətinin tərkibini elan etməyə hazırlaşır

Taliban Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlamağa hazır olduqlarını bildirib

SəhərAzəri-nin verdiyi məlumata görə, Əfqanıstanın yeni hökumətinin tərkibinin açıqlanması üçün hazırlıqlar tamamlanıb.

Bunu Talibanın nümayəndəsi Əhmədullah Müttəqi “Twitter” hesabında elan edib. Onun sözlərinə görə, hökumət tezliklə elan ediləcək.

Bundan bir müddət əvvəl hərəkatın digər nümayəndəsi Zabiullah Mücahid ölkədə icra orqanları ilə bağlı qərar vermə prosesinin tamamlandığını, ancaq bəzi texniki problemlərin olduğunu bildirmişdi.

Taliban yeni hökumətdə bütün əfqan qruplar və etniklərin təmsil olunacağını vəd etsə də, bir çoxları onun reallaşacağına şübhə edirlər. 

Xatırladaq ki, yeni hökumətin elan edilməsi mərasiminə Pakistan, İran, Qətər, Çin və Rusiya nümayəndələri dəvət olunub. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, yalnız geniş formatlı hökumətin qurulacağı təqdirdə sözü gedən mərasimə qatılacaqdır. 

 

Teqlər