Sen 09, 2021 16:31 Asia/Baku
  • İtaliyanın turizm sektorunda böhran davam edir

İtaliyanın turizm sektoru, ölkədə bütün turistik və cazibədar məkanların açılmasına baxmayaraq, koronavirusun yayılması nəticəsində ciddi şəkildə ziyan görüb.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu yay Avropa sərhədlərinin açıq olması və İtalyada bütün turistik və cazibədar məkanların açılmasına baxmayaraq, Avropa ilə dünyanın digər bölgələri arasında turizm əlaqələrinin kəsilməsi səbəbindən bu ölkənin turizm sektoru hələ də problemlə üz-üzədir.

Məlumata görə, İtaliyanın səyahət və turizm agentliklərinin yüzlərlə nümayəndəsi Romanın mərkəzi meydanlarından birində toplaşaraq, turizm sektorunda koronavirusla əlaqədar məhdudiyyətlərin davam etməsinə etiraz ediblər.

İtaliya hökuməti pandemiyanın əvvəlindən Avropa Birliyinin xaricində olan ölkələrə turizm paketlərinin satışına icazə vermədi və avropalı olmayan turistlərin İtaliyaya girişi üçün bir çox məhdudiyyətlər tətbiq olunur.

İtalyanın turizm sektoru fəallarının dediyinə görə, hələ də ölkənin turizm sənayesində koronavirusun ağır kölgəsi aydın şəkildə görünür və onu virusun yayılmasının ən çox ziyan çəkmiş sektorlardan birinə çevirib.

İtaliya hökumətinin dəstək paketləri digər Avropa ölkələrinə, xüsusən Almaniya və Fransaya nisbətən çox az olubdur.

İtaliyanın turizm sektoru, Koronvirus böhranından əvvəl ölkənin ümumi daxili məhsulunun təxminən 13 faizini təşkil edirdi.

Teqlər