«Çavçavadze» qılıncı ölkəsinə qayıtdı
Bir gürcü iş adamı Belçikada keçirilən bir auksionda öz ölkəsinə aid olan tarixi əsəri satın alaraq, Gürcüstan milli muzeyinə bağışlayıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Çavçavadze xanədanına aid olan tarixi qılınc, gürcü iş adamı David Xidaşvili tərəfindən Gürcüstan milli muzeyinə hədiyyə edilib.
Bu istiqamətdə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiyani başçılıq etdiyi nazirlikdə Xidaşvili ilə görüşüb.
David Xidaşvili qeyd edib ki, bu özünəməxsus tarixi əsəri, ölkəsinə qaytarmaq və muzey eksponatına çevirmək üçün Belçikada keçirilən bir auksionda satın alıb. Bu silah Aleksandr Çavçavadzenin nəvə-nəticələrindən biri tərəfindən auksiona qoyulubmuş.
Tarixi qılıncın Gürcüstana bağışlanmasından öncə tarixi silahların restavratoru Qoça Lagidze bu əsəri David Xidaşvilinin xərci və sifarişi ilə bərpa edib.