Əsəd Kremldə Putinlə görüşüb
Suriya prezidenti öncədən elan olunmamış bir səfərdə Moskvaya gedib və Kremldə Rusiya prezidenti ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin bu görüşdə Suriya prezident seçkilərində qalib gəlməsi münasibətilə Bəşşar Əsədi təbrik edib.
«Bu seçkilərin nəticəsi göstərir ki, xalq sizə inanır. Ötən illərin bütün problem və fəlakətlərinə rəğmən, Suriya xalqı hələ də adi bir yaşayışa qayıdışı və yaxşılaşma prosesini sizinlə əlaqəli bilir.»- deyə, Rusiya prezidenti bildirib.
Bəzi media mənbələrinin bildirdiklərinə görə, qeyd olunan görüş dünən keçirilib.
Vladimir Putin bu görüşdə Bəşşar Əsədlə, terror qruplarının Suriyadakı iştirakının davam etməsi və bu ölkədə terrorizm təhlükəsi haqda söhbət edib.
«Bizim birgə səylərimiz Suriya Respublikası ərazisinin böyük və əsas hissəsini azad etdi və hazırda sizin başçılığınız altında olan Suriya hökuməti bu ölkə ərazisinin doxsan faizini öz nəzarəti altında saxlayır.»- deyə, Putin qeyd edib.
Suriya prezidenti Bəşşar Əsəd də vurğulayıbdır ki, iki ölkə beynəlxalq terrorizmlə müharibədə diqqətəlayiq nəticələrə nail olubdur.