Sen 15, 2021 16:00 Asia/Baku
  • Molla Əbdül Qəni Bəradər hardadır?

Bazar günü Əfqanıstanın prezident sarayından yayımlanan bir videoda Molla Əbdül Qəni Bəradərin olmaması, Taliban liderləri arasındakı parçalanma ilə bağlı zümzümələri sosial şəbəkələrdə geniş şayiələrə çevirməyə kifayət etdi; Bir tərəfdən Talibanın baş nazirinin müavininin öldürüldüyünü, digər tərəfdən də cənab Bəradərin küsdüyünü və Kabildən Qəndəhara getdiyini söyləyən şayiələr.

SəhərAzəri-nin məlumatına əsasən, son günlər Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" rejiminin daxilində parçalanmanın yaşanması iddia olunur.

Hakimiyyət uğrunda mübarizənin silahlı toqquşmaya keçdiyi deyilir. Belə ki, bir neçə gün öncə "Taliban" liderlərindən Molla Əbdül Qəni Bəradərin tərəfdarları ilə "Haqqani" qruplaşması arasında atışma baş verdiyi, nəticədə Bəradərin öldürüldüyü iddia edilir.

İslam Əmirliyinin yüksək vəzifəli rəsmilərinin ilk diplomatik görüşü olaraq, Talibanın baş naziri Məhəmməd Həsən Axundzadənin Qətərin xarici işlər naziri ilə görüşündən yayımlanan kadrlarda cənab Bəradərin olmaması təsdiqləndikdə, cənab Axundun müavininin Əfqanıstanın prezident sarayındakı qanlı toqquşmalar zamanı öldüyü və ya yaralandığı şayiəsi daha da güclənib. 

Taliban rəsmiləri isə deyilənləri təkzib etsələr də, cənab Bəradərin qeyri-adi yoxluğunu əsaslandırmaq üçün söylədikləri başqa bir söz-söhbətə yol açıb. Onlar Molla Əbdül Qəni Bəradərin hazırda Taliban lideri Heybətullah Axundzadə ilə görüşmək üçün Qəndəhar şəhərində olduğunu deyiblər.

Bunu sübut etmək üçün isə 15 dəqiqəlik səs yazısı təqdim edilib. Səs yazısında Bəradər olduğunu deyən şəxs özünün və silahdaşlarının yaxşı olduğunu bildirib.

Teqlər