Sen 24, 2021 12:39 Asia/Baku
  • Borrel və Lavrov
    Borrel və Lavrov

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyasının kənarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən,  Tərəflər beynəlxalq təhlükəsizlik problemləri barədə söhbət ediblər.

İki tərəf həmçinin nüvə anlaşması, Yaxın Şərqdə sülh prosesi, Liviya və Əfqanıstanın vəziyyəti ilə bağlı qarşılıqlı əməkdaşlıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

İki tərəf arasındakı münasibətlərdə mövcud olan bəzi problemləri dilə gətirən Borrel gözlənilən və daha stabil əlaqələrin qurulmasını istəyib.

Ötən iyirmi ildə Avropa İttifaqı Gürcüstan və Ukrayna olayları kimi hallarda Rusiya ilə ciddi problemlərə malik olub. Son zamanlar da Putini tənqid edən Aleksey Navalnı ilə bağlı məsələ, bu ittifaqın Rusiya ilə daha çox düşmənçiliyi və Moskva qarşısında yeni bir cəbhə açması üçün bir bəhanəyə çevrilibdir.

 

Teqlər