Avropada təbii qazın qiyməti rekord vurub
https://azeri.sahartv.ir/news/dünya-i381583-avropada_təbii_qazın_qiyməti_rekord_vurub
Avropada bu gün keçirilən hərraclar zamanı qazın min kubmetrinin qiyməti tarixdə ilk dəfə olaraq, min dolları keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2021 09:37 Asia/Baku
  • Avropada təbii qazın qiyməti rekord vurub

Avropada bu gün keçirilən hərraclar zamanı qazın min kubmetrinin qiyməti tarixdə ilk dəfə olaraq, min dolları keçibdir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Intercontinental Exchange" məlumat verib.

Məlumata görə, 29 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "TTF" habında oktyabr fyuçersinin qiyməti min kubmetr üçün min 32 dollar təşkil edib. 

Fitç Reytinq Agentliyinin məlumatına görə, Avropa daha soyuq qış olacağı və bazarda qaz tədarükü problemləri davam edəcəyi təqdirdə qazın qiyməti rekord vurmağa davam edəcək.