Okt 01, 2021 11:12 Asia/Baku
  • ABŞ ordusunda intiharların sayı artıb

ABŞ Müdafiə Nazirliyi, ABŞ hərbçilərinin intiharlarının sayının artdığını qeyd edib, 2020-ci ildə 580 nəfərin intihar etdiyi açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Pentaqonun ötən gün dərc olunan illik hesabatında deyilir.   Qeyd olunur ki, keçən il aktiv bölmələrdə, quru qoşunlarında 175, Hərbi Hava Qüvvələrində 81, Hərbi Dəniz Qüvvələrində 66 və Dəniz Qüvvələrində olmaqla 384 nəfər intihar edib. Həmçinin Milli Qvardiya və ehtiyatda olan döyüşçülər arasında 196 nəfər intihar edib.

Hesabatda sonra bildirilir: "Göstəricilərin istənilən istiqamətdə dəyişmədiyini qəbul edirik və ordunun bütün bölmələrində intiharların sayını azaltmaq üçün çalışmaq niyyətimizi bir daha təsdiq edirik".  

“USA Today” sentyabrın 29 müdafiə idarəsi nümayəndələrinin yenilənən məlumatlarına istinadən xəbər verdiyi kimi, keçən il 498 yox, 504 hərbçi intihar edib.

Bu arada ABŞ Müdafiə naziri Lloyd Austin deyib ki, təqdim olunan məlumatlar narahatlıq doğurur. Hərbi qulluqçular və ailələri arasında intiharların sayı hələ çox yüksəkdir, vəziyyət düzgün istiqamətdə dəyişmir. 

Xatırladaq ki, ABŞ  mütəxəssisləri döyüşdə keçirdiyi günlərin sayı ilə intihar nisbəti arasında birbaşa əlaqənin olduğunu qeyd etmişdilər. Tədqiqatçılar, intihara sövq edən əsas amillərin yerinə yetirilməyən ümidlər, uğursuz evliliklər, maddi çətinliklər və stres kimi şəxsi problemlər olduğunu açıqlayıblar.

Teqlər