Pakistan zəlzələsində ölən və yaralananların sayı artıb
Bu gün səhər saatlarında Pakistanın Bəluçestan əyalətinin cənub-qərbində baş verən zəlzələ nəticəsində indiyədək azı 20 nəfər ölüb, təqribən üç yüz nəfər də yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistan hökumətinin yardım üzrə məsul şəxsləri zəlzələdən zərər çəkən əhaliyə dəymiş xəsarət və insan tələfatını təxmin və zədə alanları xilas etməkdədirlər.
Pakistanın ordu qüvvələri də yardım və xilasetmə əməliyyatlarının asanlaşmasına kömək üçün bölgəyə göndərilib. Yaralılardan bir qrupunu fövqəladə uçuşla Kvetta şəhərinə köçürüblər.
Pakistan təbii fəlakətlərin idarə olunması təşkilatının baş direktoru bildirib ki, Rixter şkalası ilə beş tam onda yeddi bal gücündə baş verən zəlzələ bu ölkənin cənubunda yerləçşən Kvetta şəhərinin ətrafında, yerin 20 kilometr dərinliyndə baş veribdir.
Bu hadisədən sonra Pakistan hökuməti ölən və yaralananların sayının artması ehtimalı ilə bu ölkənin Bəluçestan əyalətində fövqəladə vəziyyət elan edib.